(+99412) 533-06-34 info@almazakademie.az
MƏŞHUR AZƏRBAYCANLI CƏRRAH İBN SİNA ADINA BUXARA DÖVLƏT TİBB UNİVERSİTETİNİN FƏXRİ PROFESSORU SEÇİLİB
          Aldığımız məlumata görə, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov 13-16 Sentyabr 2018-ci il tarixlərində...
GİNEKOLOQLAR VƏ CƏRRAHLAR üçün kurslar keçiriləcək!!!
GİNEKOLOQLARIN VƏ CƏRRAHLARIN NƏZƏRİNƏ!!! 04-06.iyul.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİ "Histeroskopiya və Laparoskopik tikiş" kursları təşkil edəcəkdir. Kurs 3 gün davam...
“Laparoskopik cərrahi anatomiya” mövzusnda mühazirə
Ginekoloqların və cərrahların nəzərinə!!! 08.06.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ prof. Q.Müslümov "Laparoskopik cərrahi anatomiya" mövzusunda mühazirə oxuyacaqdır....
AZƏRBAYCANDA NADİR CƏRRAHİ ƏMƏLİYYAT İCRA EDİLMİŞDİR
Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov tərəfindən Azərbaycanda çox nadir bir cərrahi əməliyyat icra edilmişdir. Belə ki, qarın nahiyəsində şiddətli ağrı...
HƏKİMLƏR VƏ REZİDENTLƏR ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ
2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən   cərrahiyyə   yönümlü...
Həkimləri tibbin yeniliklərinə yiyələnmək üçün Avropa ölkələrinə deyil, məhz Azərbaycana gələcəklər.
Aprelin 26-29-da Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi...
AzTV1 4. Azərbaycan-Alman-Türk Tibb Konqresi haqqında (video)
Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV...
4.Azərbaycan-Alman-Türk Tibb Konqresi başa çatdı
Bu gün Səhiyyə Nazirliyinin Milli OnkologiyaMərkəzi və M.Topçubaşov adına     Elmi Cərrahiyyə Mərkəzi,  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin...
4.Azərbaycan-Alman-Türk Tibb Konqresinin fəaliyyəti uğurla davam edir
  Aprelin 27-də Milli OnkologiyaMərkəzi,  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin...
Bakıda IV Azərbaycan-alman-türk tibb konqresi öz işinə başladı.
  Aprelin 26–da Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.  Səhiyyə Nazirliyinin Milli Onkologiya...

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi 2010-cu ildən təsis edilmiş və 2011-ci ildə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin rəsmi qeydiyyatından sonra onun nəzdində fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında məqsəd respublikamızda təbabətin inkişafı, yeni müasir tibb mərkəzlərinin açılması və tibb təhsili sahəsində əldə edilmiş irəliləyişlər fonunda davamlı tibb təhsilinə ictimai dəstək olmaq, tələbə, rezident və həkimlərimizə tibbin müxtəlif sahələrində tibbi vərdişlərin aşılanmas məqsədilə treyninqlərin təşkil edilməsidir.

Mərkəz öz fəaliyyətinə 2011-ci ildə Azərbaycan Tibb Universiteti ilə birgə təşkil etdiyi II Azərbaycan-Alman Tibb Günləri çərçivəsində tələbə və gənc həkimlər üçün endoskopiya, ümumi və laparoskopik cərrahiyyədən keçirilmiş treyninq kursları ilə başlamışdır. Hazırda ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi Almaniya Cərrahlar Cəmiyyətinin Ümumi və Laparoskopik Cərrahiyyə üzrə Cərrahi treyninqlərin standartları əsasında eləcə də Davos Qastrointestinal Cərrahiyyə Kurslarında mövcud olan texnikalar əsasında öz fəaliyyəti qurmuşdur.

2015-ci ilin aprel ayında 1. Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində keçirilən treyninqlərə davamlı tibb təhsili üzrə Avropa institutları tərəfindən 21 CME balı (beynəlxalq kredit) verilmişdir. Növbəti dəfə keçirilən 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi zamanı isə treyninqlər 24 CME balı ilə qiymətləndirilmişdir.

Hal hazırda Tibbi Treyninq Mərkəzində Laparoskopik və Ümumi Cərrahiyyə üzrə ən müasir tədris proqramlarına əsaslanan praktiki vərdişləri əldə etmək mümkündür.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil olunan bütün kursların sonunda treyninqləri müfəvəqiyyətlə başa vurmuş iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunur.