(+99412) 533-06-34 info@almazakademie.az

Aprelin 26-29-da Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi və konqres çərçivəsində III Bakı beynəlxalq tibbi treyninq günləri keçirilmişdir.Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də baş tutmuşdur. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil edilmişdir. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılmışdır. Yerli ekspertlərimiz Avropa və yaxın xaricdən gələn kolleqaları ilə birlikdə 200-dən çox azərbaycanlı həkimin hər birinin öz sahəsində yeniliklərə yiyələnməsi üçün çalışmış, ən müasir modellər üzərində treyninqlər icra edilmiş, həkimlərimizə mürəkkəb prosedurların icra edilməsinin texnikası başa salınmışdır. 
Qeyd etmək lazımdır ki,treyninqlər zamanı ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNİN avadanlıqları və tibbi modellərindən istifadə olunmuşdur. Tədbir çərçivəsində keçirilən treyninqlərə uyğun olaraq ALMAZ AKADEMİE TTM-də müxtəlif kurslar təşkil olunuir.
Digər sevidndirici məqamlardan biri odur ki, konqresin gedişində Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutu və Almaz Akademie Tibbi Treyninq Mərkəzi arasında azərbaycanlı mütəxəssislərin öz özbək həmkarlarının ixtisaslaşmasında iştirakına bağlı razılaşma əldə edilmişdir. Beləliklə bundan sonra Özbəkistan həkimləri tibbin yeniliklərinə yiyələnmək üçün Avropa ölkələrinə deyil, məhz Azərbaycana gələcəklər.