(+99412) 533-06-34 info@almazakademie.az

Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirildi.

          Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq davamlı tibb təhsil üzrə 34 davamlı tibb təhsili balı ilə qiymətləndirilib. 

         Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professorların  ekspert və referent qismində iştirak etdikləri konqresin fəaliyyəti  kütləvi informasiya kütlələri tərəfindən geniş işıqlandırılmışdır. Azərbaycan televiziyası AzTV1 kanalının konqress haqqında təqdim etdiyi süjeti nəzərinizə çatdırırıq.