(+99412) 533-06-34 info@almazakademie.az
Namanqan Dövlət Universitetində keçirilən bu görüş Özbəkistan Respublikası Ali Məclis Senatının üzvü, Özbəkistan Liberal Demokrat Partiyasının fəalı Nosirbek ABDULLAXANOV və Səhiyyə İdarəsinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Beynəlxalq Tibb günləri çərçivəsində keçiriləm bu görüşlərdə Almaniya və Azərbaycandan gəlmiş yüksək ixtisaslı professor və həkimlər iştirak edir.
Bu görüşlər zamanı Ural Dövlət Tibb Universiteti ilə Namanqan Dövlət Universitetinin müalicə fakultəsinin birgə təhsil proqramının tələbələri, mədə bağırsaq traktinin və qaraciyər xəstəliklərinin müalicəsi, USM texnologiyaları haqqında maraqlı, faydalı, müasir dövrdə aktual olan mühazirələr dinlədilər.
Mühazirələrdən sonra aparılan interaktiv sual cavab prossesində fəal iştirak edən tələbələr onları maraqlandıran suallar haqqında ətraflı məlumatlar almışlar.