(+99412) 533-06-34 info@almazakademie.az

 

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin rəsmi saytından aldığımız məlumata görə Tacikistandan gəlmiş bir qrup cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşlar. Belə ki, Tacikistan Respublikası Qastroenterologiya Elmi Tədqiqat İnstitunun Qaraciyər və Mədəaltı vəz cərrahiyyəsi şöbəsinin müdiri Professor Axmedzode Said İlxom, Tacikistan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Onkologiya İnstitunun Müalicə işlər üzrə baş həkim müavini, tibb elmləri namizədi Murodov Akbar İsmatulloyeviç, Təcili Tibbi Yardımın Şəhər Klinik Xəstəxanasında Klinikodiaqnostik şöbəsinin müdiri Vusif Abdusator, Təcili Tibbi Yardımın Şəhər Klinik Xəstəxanasında Endocərrahiyə şöbəsinin müdiri, Tibb Elmlər namizədi Xolov Kurbonali Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Topçubaşov adına Elmi-Cərrahiyyə mərkəzinin birgə təşkil etdiyi Laparoskopik Cərrahiyyə üzrə İxtisasartırma kursunda olmuşlar. Qeyd edilir ki, Tacikistan dövləti tərəfindən finanslaşdırılan bu layihədə həkimlərə Rusiya, Türkiyə, İran və Azərbaycan klinikaları arasında seçim etmək hüququ verilmişdir. Sevindirici haldır ki, onlar İxtisasartırma kursunu keçmək üçün Azərbaycanı seçmişlər.
Aldığımız məlumata görə onların Azərbaycana gəlməsində əsas məqsəd son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan Azərbaycan İnvaziv Laparoskopik və Torakoskopik cərrahiyyə üzrə İxtisasartırma kursu olub və bu məqsədlə onlar Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 

Prezidenti, Topçubaşov adına Elmi-Cərrahiyyə mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri Professor Qurbanxan Müslümovun yanında olmuşlar. Onun regionda yalnız Azərbaycanda icra edilən bir neçə növ əməliyyatlarında iştirak etmişlər. Beləki, aldığımız məlumata görə mədəaltı vəzin şişləri zamanı icra edilən Laparoskopik Vipl əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən Torako-Laparoskopik Ezofaqektomiya qida borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar və bir sıra əməliyyatlar regionda yalnız Azərbaycanda icra olunur. Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də bu inkişaf və Azərbaycanın artıq region ölkələri üçün bir ekspert mərkəzinə çevrilməsi, bir ixtisasartırma kursu üçün ünvana çevrilməsi hər kəsi sevindirir.