3-5 May 2019-cu il tarixdə keçirilən Treyniqlər
Treyninqlərin proqramı:
3-5 may 2019-cı il tarixində növbəti 5-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilmişdir. Konqres zamanı onkologiyanın, qastroenterologiyanın, cərrahiyyənin, radiologiyanın, ginekologiyanın, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş müzakirələr aparılmışdı. Konqresin işində bu mühazirələr və diskussiyalarda iştirak etmək üçün referent qismində Almaniya, Türkiyyə, İsveçrə və Avstriyadan dəvət olunmuş 20-ə yaxın tanınmış mütəxəssiz iştirak etmişdir. Tanınmış Universitet klinikalarında çalışan professorlar cəlb edilmişdir. Müzakirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçirilmişdir. Konqreslə yanaşı paralel olaraq 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilmişdir. Laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş təqribən 300 nəfərə qədər iştirakçı cəlb edildiyi 5-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilmişdir. Burada mulyajlardan, simulyatorlardan istifadə edilmişdir. Treninqlər Avropada Davamlı Tibb Təhsili və Mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında keçirilmişdir. Trener qismində Avropanın təhsil verən beynəlxalq trener statusu olan Universitet klinikalarının professorları iştirak etmişdir. Onlarla yanaşı Azərbaycanlı mütəxəssislər də referent, moderator və trener qismində iştirak etmişlər və xarici əməkdaşları ilə bilik, təcrübə mübadiləsi aparmışlar. Konqres və treninqlərlə yanaşı artıq 3-cü il idi ki, həm də ustad dərsləri keçirilmişdir. 2019-cu il də Milli Onkologiya Mərkəzi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilmişdir.
Şəkillər: