(+99412) 533-06-34 info@almazakademie.az

Ümumi və Laparoskopik Cərrahiyyə üzrə Treninq Kursları

23-25 Fevral 2018-ci il tarixdə keçirilən Treniqlər


 

Treninqlərin proqramı:

   


23 Fevral 2018- ci il

23 Fevral 2018-ci il tarixdə M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində  Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi -nin təşkilati dəstəyi ilə ,M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi ,Azərbaycan Almaniya  Tibbi Əməkdaşlıq Cəmiyyəti,  Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası  üzrə təhsil  alan rezidentlər üçün tibbi treyninq  kurslarının açılışı olmuşdur. Tədbiri  M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin direktorunun   elmi  işlər üzrə müavini prof.H.İsayev açaraq tədbirin mahiyyəti  haqqında məlumat vermiş və kurs iştirakçılarına uğurlar arzulamışdır. Səhiyyə Nazirliyinin nümayəndəsi  T.Əhmədova  bu cür  tədbirlərin əhəmiyyətindən danışmış və kursun   təşkilatçılarına  minnətdarlığını  bildirmişdir.


24 Fevral 2018-ci il

24 Fevral 2018-ci il tarixdə Treyninq kursları rəsmən işinə başlamışdır. Ümumi və laparoskopik cərrahiyyədə basic qrupda hər birində 10 nəfər olmaqla cərrahiyyə, ginekologiya və urologiya sahələri üzrə müxtəlif kurslarda təhsil alan rezidentlərə cərrahiyyədə düyünvurma texnikaları, laparoskopik cərrahiyyənin ümümi əsasları, kamera ilə işləmə, göz-əl koordinasiyası, cərrahi və dənizçi düyününün müxtəlif növ formaları Avropada tədris edilən öyrədici videoların nümayiş etdirilməsi ilə öyrədilmiş və günün sonunda bu vərdişlərin iştirakçılar tərəfindən necə mənimsənilməsi yoxlanılmışdır.


 25 Fevral 2018-ci il

25 Fevral 2018-ci il tarixdə cərrahiyyə üzrə təhsil alan rezidentlər üçün təşkil edilmiş laparoskopik və ümumi cərrahiyyə üzrə treyninq kursları  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində öz fəaliyyətini davam etdirmişdir.