(+99412) 533-06-34 info@almazakademie.az
Cari ilin 18 mart tarixində prezident, tibb işçiləri ilə açıq söhbət zamanı xarici ölkələrin təcrübəsindən istifadə etməklə tibb işçilərinin kvalifikafiyasını artırmaq hesabına tibbi xidmətin keyfiyyətini artərmaq tapşırığını vermişdir .
 
     Bu məqsədlə Özbəkistan Məclis Senetanın üzvü, Özbəkistan Liberal Demokrat Partiyasının fəalı Nosirbek Abdullaxanov və Səhiyyə İdarəsinin səyi ilə Beynəlxalq Tibb Günləri təşkil olunmuşdur. Almaniya və Azərbaycandan təcrübəli həkimlər və alimlər dəvət olunmuşdur.
 
      Tədbirlər çərçivəsində Respublika Təcili Yardım Elmi Mərkəzinin Namanqan filialında konferensiya baş tutmuşdur.
 
      Mədə bağırsaq traktının və qaraciyər xəstəliklərinin müalicəsində olan yeniliklər, elmi-praktik eksperimentlər bu sahədə istifadə olunan yeni texnologiyalar haqqında maraqlı mühazirələr dinlənilmişdir. Almaniyanın Hannover Universitet Klinikasının professoru Mixael Gebelin ” Qaraciyərin qatroenteroloji və elastoqrafik müayinəsi” mövzusundakı mühazirəsi iştirakçıların marağına səbəb olmuşdur. Doktor Gebel öz müşahidələrinin nəticələrini xüsusilə mədəaltı vəzi və qaraciyər xəstəliklərinin müasir ultrasəs aparatlarının köməkliyi ilə aparılan dəqiq müayinə metodlarını slaydlar vasitəsilə ətraflı izah etdi.
 
      Xarici qonaqlar Namanqanda yerləşən “Anamed” müalicə-diaqnostika Mərkəzinin fəaliyyəti və müasir texnologiyaların özəl klinikada tətbiqi ilə yaxından tanış oldular.
 
       Azərbaycanlı professorun müayinə edib, məsləhət verdiyi xəstələr öz razılıqlarını bildirdilər: Biz əminik ki, tibbdə olan yeniliklər ilk növbədə insanların rifahı üçündür.
 
       “Anamed” klinikasında artıq çəkidən əziyyət çəkən xəstə üzərində icra edilən mədəkiçiltmə əməliyyatı (sliv-rezeksiya) uğurla başa çatmışdır.
 
      Təqdirəlayiqdir ki, bu cür əməliyyat respublikanın digər bölgələrində yox, hələ ki, yalnız paytaxtda icra edilmişdir. Əməliyyatın gedişini bölgədən olan ixtisaslaşmış həkimlər videmonitorların köməkliyi ilə canlı efirdə izləmişlər.
 
      Beynəlxalq Tibb Günlüklərində iştirak edən xarici qonaqlar Namanqan bölgəsinin meri Şafkat Abdurazzakov ilə görüşmüş, ikitərəfli təcrübə mübadiləsi və praktik tədbirlər haqqında fikir mübadiləsi etmişlər. Həmçinin bölgə xəstəxanalarında xarici mütəxəssislərin iştirakı ilə əməliyyatlar, tibb tələbələri ilə görüşlər, ustad dərslərinin keçirilməsi planlanlaşdırıldı.