Özbəkistandan gəlmiş növbəti həkim qrupuna sertifikatlar təqdim edilmişdir.
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən uzun müddətdir ki, davam edən xarici həkimlər üçün ixtisas artırma kursları davam edir. Bu kurslar çərçivəsində növbəti kursantlar Özbəkistanın Səmərqənd şəhərindən gəlmiş Shadmanov Akbar, Jakhongirova Kushnora, və Rakhmatova Laylokhon 2 həftə müddətində Almaz Akademie kursu çərçivəsində minimal invaziv koloproktologiya və lazer proktologiya kursu keçmişlər. Kurs çərçivəsində onlara xüsusi orqan və madellər üzərində Hands On Treninqlər təşkil edilmiş, burada lazerdən istifadə qaydaları tədris edilmiş və onlar tərəfindən mənimsənilmişdir. Eləcə də, həkimlər burada olduqları müddət ərzində yoğun bağırsaq, düz bağırsaq və qarın boşluğunun digər orqanları üzərində aparılan müxtəlif həcimli əməliyyatlarda asistent qismində iştirak etmiş, lazer tətbiqi ilə proktoloji əməliyyatlar sahəsində ustad dərslərində olmuşdurlar. Bu ustad dərslərində kursantlar Lazer Hemoroidoplastika, Anal Fistulaların Lazerlə Ablasiyası və Pilonidal Sinusun Lazer Ablasiyası texnikasına yiyələnmiş, əməliyyatlarda asistent və operator qismində iştirak etmişdirlər. Bu gün kursun son günü onlara Prof. Qurbanxan Müslümov tərəfindən son məruzə oxunulmuş və Özbəkistan Respublikası Həkimləri Təkminlədirmə İnstitutu tərəfindən tanınılan beynəlxalq səviyyəli sertifikatlar təqdim edilmişdir. Öz növbəsində kursantlar burada olduqlarından çox məmnun olduqlarını bildirərək onu xüsusi qeyd etmişlər ki, Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən finanslaşdırılan bu kurslar üçün onlara Almaniya, Türkiyə və Azərbaycan arasında seçim etmə hüquqi verilməsinə baxayaraq, onlar Azərbaycanı seçmişlər və öz seçimlərindəndə çox məmnundurlar.