(+99412) 533-06-34 info@almazakademie.az
AMİCC və Almaz Akademie aylıq seminarlara start verdi
  Bu ildən yanvar ayının 24-dən Azərbaycan cərrahiyyə ixtisası üzrə rezidentlər üçün yeni lahiyəyə start verilir. Lahiyənin məqsədi rezidentlər üçün cərrahiyyənin müxtəlif sahələrini əhatə edən...
Ümumi Məlumat
Bu gün 2024-cü ilin son kursunu uğurla başa vurduq. Qardaş Özbəkistandan gəlmiş 15 nəfərlik həkim heyyəti üçün təşkil etdiyimiz 1 aylıq AMİCC fellouşip proqramı üzrə kursumuz uğurla başa çatdı. Kurs...
Özbəkistandan gəlmiş yeni həkim heyyəti
Özbəkistandan gəlmiş yeni həkim heyyəti Almaz Akademie Medical Traininq Center-də Orta və Təkmil Laparoskopik və Torakoskopik Cərrahiyyə Bacarıqları kursu üzrə treninq keçmək üçün bizə müraciət...
Video
[video width="1920" height="1080"...
Qalareya
[gallery...
Orta və Təkmil Laparoskopik və Torakoskopik Cərrahiyyə Bacarıqları Kursu
23 Sentyabr-23 Oktyabr 2024-cü il tarixlərində daha 7 nəfər özbəkistanlı kolleqamız həm treninqlər, həm də kliniki fellouşip proqramı çərçivəsində bizimlə bərabər oldular. Bu müddətdə onlarla...
Koloproktoloji Kurs
  Özbəkistandan gəlmiş növbəti həkim qrupuna sertifikatlar təqdim edilmişdir. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən uzun müddətdir ki,...

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi 2010-cu ildən təsis edilmiş və 2011-ci ildə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin rəsmi qeydiyyatından sonra onun nəzdində fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında məqsəd respublikamızda təbabətin inkişafı, yeni müasir tibb mərkəzlərinin açılması və tibb təhsili sahəsində əldə edilmiş irəliləyişlər fonunda davamlı tibb təhsilinə ictimai dəstək olmaq, tələbə, rezident və həkimlərimizə tibbin müxtəlif sahələrində tibbi vərdişlərin aşılanmas məqsədilə treyninqlərin təşkil edilməsidir.

Mərkəz öz fəaliyyətinə 2011-ci ildə Azərbaycan Tibb Universiteti ilə birgə təşkil etdiyi II Azərbaycan-Alman Tibb Günləri çərçivəsində tələbə və gənc həkimlər üçün endoskopiya, ümumi və laparoskopik cərrahiyyədən keçirilmiş treyninq kursları ilə başlamışdır. Hazırda ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi Almaniya Cərrahlar Cəmiyyətinin Ümumi və Laparoskopik Cərrahiyyə üzrə Cərrahi treyninqlərin standartları əsasında eləcə də Davos Qastrointestinal Cərrahiyyə Kurslarında mövcud olan texnikalar əsasında öz fəaliyyəti qurmuşdur.

2015-ci ilin aprel ayında 1. Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində keçirilən treyninqlərə davamlı tibb təhsili üzrə Avropa institutları tərəfindən 21 CME balı (beynəlxalq kredit) verilmişdir. Növbəti dəfə keçirilən 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi zamanı isə treyninqlər 24 CME balı ilə qiymətləndirilmişdir.

Hal hazırda Tibbi Treyninq Mərkəzində Laparoskopik və Ümumi Cərrahiyyə üzrə ən müasir tədris proqramlarına əsaslanan praktiki vərdişləri əldə etmək mümkündür.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil olunan bütün kursların sonunda treyninqləri müfəvəqiyyətlə başa vurmuş iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunur.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzində təşkil olunan kurslar

ÜMUMİ VƏ DAMAR CƏRRAHİYYƏSİ

LAPAROSKOPİK CƏRRAHİYYƏ

ENDOSKOPİYA

ULTRASONOQRAFİYA

GİNEKOLOGİYA VƏ HİSTERESKOPİYA

KARDİOPULMONAR REANİMASİYA