(+99412) 533-06-34 info@almazakademie.az
Koloproktoloji Kurs
  Özbəkistandan gəlmiş növbəti həkim qrupuna sertifikatlar təqdim edilmişdir. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən uzun müddətdir ki,...
AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN 9-12 MAY 2024-CÜ İL TARİXLƏRİNDƏ KEÇİRTDİYİ 1 -Cİ KONQRES
Əziz dostlar, Dəyərli kolleqalar, 9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in 1-ci Konqresi baş tutdu. 350 yerli və 150 xarici iştirakçının qatıldığı...
8-9 iyul 2022-ci il tarixlərində baş tutacaq seminarlar
8-9 iyul, 2022 tarixlərində Azərbaycanımızın dilbər guşələrindən biri olan Şamaxı şəhərində region klinikalarında ( Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Kürdəmir, Ucar, Göyçay, Qəbələ..) çalışan...
BEYNƏLXALQ TIBB GÜNLÜKLƏRI: XARICI ÖLKƏLƏRDƏN GƏLMIŞ HƏKIMLƏR NAMANQANDA
Cari ilin 18 mart tarixində prezident, tibb işçiləri ilə açıq söhbət zamanı xarici ölkələrin təcrübəsindən istifadə etməklə tibb işçilərinin kvalifikafiyasını artırmaq hesabına tibbi xidmətin...
NAMANQAN DÖVLƏT UNIVERSITETINDƏ XARICI ÖLKƏLƏRDƏN GƏLMIŞ HƏKIMLƏRLƏ TƏLƏBƏLƏRIN GÖRÜŞÜ
Namanqan Dövlət Universitetində keçirilən bu görüş Özbəkistan Respublikası Ali Məclis Senatının üzvü, Özbəkistan Liberal Demokrat Partiyasının fəalı Nosirbek ABDULLAXANOV və Səhiyyə İdarəsinin...
Özbəkistandan gələn iştirakçımız bir sıra əməliyyatlarda iştirak etdi
Özbəkistandan gəlmiş iştirakçımız Alijon Muradov ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ Laparoskopik cərrahiyyə kursu keçməklə bərabər M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal...
Özbəkistandan gələn həkim qrupu
Almaz Akademie Tibbi Treyninq Mərkəzində Laparoskopik Cərrahiyyə kursu keçmək üçün Özbəkistandan növbəti həkim qrupu gəlmişdir. Daşkənd Tibb Akademiyası Cərrahi Xəstəliklər kafedrasının baş...
Azərbaycanda laparoskopik cərrahiyyə üzrə kurs keçən özbəkistanlı cərrahlara sertifikatlar təqdim edilib
M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin özbəkistanlı cərrahlar üçün birgə təşkil etdiyi “İrəli laparoskopik cərrahiyyə üzrə ixtisasartırma”...
Özbəkistandan gəlmiş həkim qrupunun tikiş və düyünvurma dərsi
Professor Q. Müslümov Özbəkistandan gəlmiş həkimlər üçün ALMAZ AKADEMİE Tibbi Treyninq Mərkəzində Laparoskopik cərrahiyyədə isifadə olunan tikiş və düyünvurma qaydalarından ustad dəsləri...
Özbəkistandan gəlmiş həkim qrupu Almaz Akademie-də kurs keçdi
Tibbi təcrübənin mübadiləsi , ixtisasartırma kurslarında iştirak etmək , regionda yalnız Azərbaycanda icra olunan bəzi əməliyyatların texnikası ilə tanış olmaq üçün Özbəkistandan gəlmiş növbəti...

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi 2010-cu ildən təsis edilmiş və 2011-ci ildə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin rəsmi qeydiyyatından sonra onun nəzdində fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında məqsəd respublikamızda təbabətin inkişafı, yeni müasir tibb mərkəzlərinin açılması və tibb təhsili sahəsində əldə edilmiş irəliləyişlər fonunda davamlı tibb təhsilinə ictimai dəstək olmaq, tələbə, rezident və həkimlərimizə tibbin müxtəlif sahələrində tibbi vərdişlərin aşılanmas məqsədilə treyninqlərin təşkil edilməsidir.

Mərkəz öz fəaliyyətinə 2011-ci ildə Azərbaycan Tibb Universiteti ilə birgə təşkil etdiyi II Azərbaycan-Alman Tibb Günləri çərçivəsində tələbə və gənc həkimlər üçün endoskopiya, ümumi və laparoskopik cərrahiyyədən keçirilmiş treyninq kursları ilə başlamışdır. Hazırda ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi Almaniya Cərrahlar Cəmiyyətinin Ümumi və Laparoskopik Cərrahiyyə üzrə Cərrahi treyninqlərin standartları əsasında eləcə də Davos Qastrointestinal Cərrahiyyə Kurslarında mövcud olan texnikalar əsasında öz fəaliyyəti qurmuşdur.

2015-ci ilin aprel ayında 1. Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində keçirilən treyninqlərə davamlı tibb təhsili üzrə Avropa institutları tərəfindən 21 CME balı (beynəlxalq kredit) verilmişdir. Növbəti dəfə keçirilən 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi zamanı isə treyninqlər 24 CME balı ilə qiymətləndirilmişdir.

Hal hazırda Tibbi Treyninq Mərkəzində Laparoskopik və Ümumi Cərrahiyyə üzrə ən müasir tədris proqramlarına əsaslanan praktiki vərdişləri əldə etmək mümkündür.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil olunan bütün kursların sonunda treyninqləri müfəvəqiyyətlə başa vurmuş iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunur.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzində təşkil olunan kurslar

ÜMUMİ VƏ DAMAR CƏRRAHİYYƏSİ

LAPAROSKOPİK CƏRRAHİYYƏ

ENDOSKOPİYA

ULTRASONOQRAFİYA

GİNEKOLOGİYA VƏ HİSTERESKOPİYA

KARDİOPULMONAR REANİMASİYA