(+99412) 533-06-34 info@almazakademie.az

Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin şöbə rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzinin prezidenti, professor Dr. Qurbanxan Müslümov Səmərqənd Dövlət Tibb Universiteti tərəfindən “Fəxri Professor” adına layiq görüldü. Bu uğur təkcə fərdi bir mütəxəssisin mükafatlandırılması deyil, eyni zamanda Azərbaycan elmi üçün qürurverici və strateji əhəmiyyətli bir hadisədir.

Bu yüksək təltif, professor Müslümovun uzun illər ərzində göstərdiyi peşəkar fədakarlığın, elmi yeniliklərə verdiyi töhfələrin və Azərbaycan tibb elminin beynəlxalq miqyasda tanınmasına verdiyi dəstəyin göstəricisidir. Onun rəhbərliyi ilə həyata keçirilən elmi araşdırmalar, minimal invaziv cərrahiyyə sahəsindəki yeniliklər və beynəlxalq tədris proqramları təkcə ölkəmizdə deyil, regionda və daha geniş coğrafiyada da nümunə kimi qəbul olunmaqdadır.

Bu təltif eyni zamanda Azərbaycan elminin qlobal elmi mühitdə söz sahibi olmağa başladığının, yerli mütəxəssislərimizin beynəlxalq səviyyədə qəbul edildiyinin və ölkəmizin elmi potensialının yeni mərhələyə qədəm qoyduğunun bir təsdiqidir.

Bu cür beynəlxalq uğurlar, Azərbaycan elminin inkişaf strategiyasına uyğun olaraq, dünya elmi ictimaiyyəti ilə inteqrasiyanı dərinləşdirir və ölkəmizi regional elmi liderliyə doğru bir addım daha yaxınlaşdırır.