23 Sentyabr-23 Oktyabr 2024-cü il tarixlərində daha 7 nəfər özbəkistanlı kolleqamız həm treninqlər, həm də kliniki fellouşip proqramı çərçivəsində bizimlə bərabər oldular. Bu müddətdə onlarla birlikdə bir neçə cərrahi əməliyyatları icra etdik. Bu əməliyyatlardan bir çoxunu canlı yayımladıq. 1 aylıq Minimal İnvaziv Cərrahiyyə Kursunun sonunda Özbəkistanın Azərbaycandakı səfirinin də iştirakı ilə özbək kolleqalarımıza sertifikatları təqdim etdik. Kurs çərçivəsində əl bacarıqlarının təkminləşdirilməsi üçün xüsusi hazırlanmış standlardan istifadə olunub. Qabaqcıl Laparoskopik, Bariatrik və Metobolik Cərrahiyyə və Laparoskopik Ginekologiya kimi əməliyyatlarda birlikdə iştirak etmişik. Treninq zamanı rəhmərliyi Özbəkistanın və Azərbaycanın Professoru Qurbanxan Müslümov etmişdir.
Özbəkistandan yanımıza gəlmiş dəyərli kolleqalarımızı hər dəfə olduğu kimi bu səfər də evimizdə qonaq etməkdən çox şad olduq.
Tezliklə yenidən görüşmək ümidi ilə..
Özbəkistandan yanımıza gəlmiş dəyərli kolleqalarımızı hər dəfə olduğu kimi bu səfər də evimizdə qonaq etməkdən çox şad olduq.
Tezliklə yenidən görüşmək ümidi ilə..