(+99412) 533-06-34 info@almazakademie.az

15. BAKI BEYNƏLXALQ TİBBİ TRENIİNQ GÜNLƏRİ
VƏ 9. AZƏRBAYCAN–ALMAN–TÜRK TİBB GÜNLƏRİ

11–13 DEKABR 2026 | BAKI, AZƏRBAYCAN

11–13 dekabr 2026-cı il tarixlərində Bakı şəhərində 15. Bakı Beynəlxalq Tibbi Treninq Günləri və 9. Azərbaycan–Alman–Türk Tibb Günləri keçiriləcəkdir.

Tədbir müasir tibbin müxtəlif istiqamətləri üzrə nəzəri biliklərin artırılması, praktiki bacarıqların inkişaf etdirilməsi, beynəlxalq təcrübənin paylaşılması və yerli mütəxəssislərlə xarici ekspertlər arasında elmi-tibbi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Tədbir çərçivəsində cərrahiyyə, robotik cərrahiyyə, minimal invaziv və laparoskopik cərrahiyyə, cərrahi tikiş texnikaları, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyə, invaziv radiologiya, otorinolarinqologiya və digər mühüm tibb sahələri üzrə praktiki treninqlər, workshoplar, ustad dərsləri və interaktiv təlimlərin təşkili planlaşdırılır.

Treninqlər yerli və beynəlxalq səviyyəli mütəxəssislərin iştirakı ilə keçiriləcək və iştirakçılara müasir tibbi yanaşmaları həm nəzəri, həm də praktiki şəkildə öyrənmək imkanı yaradacaqdır.

Azərbaycan, Almaniya və Türkiyədən olan həkim və alimlərin iştirakı ilə müxtəlif tibbi mövzular üzrə elmi müzakirələr, panel diskussiyalar və praktiki təlimlər keçiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin aparılması, yeni əməkdaşlıqların qurulması və səhiyyə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir.

Tədbir çərçivəsində “Azərbaycanlılar azərbaycanlılara öyrədir” formatında panel müzakirələri və praktiki təlimlərin keçirilməsi də planlaşdırılır. Almaniya və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkim və alimlərin iştirakı ilə onların beynəlxalq təcrübələrinin yerli mütəxəssislərlə bölüşülməsi nəzərdə tutulur.

15. Bakı Beynəlxalq Tibbi Treninq Günləri və 9. Azərbaycan–Alman–Türk Tibb Günləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaqdır.

Bu beynəlxalq tədbir yalnız tibbi təlim platforması deyil, eyni zamanda müasir tibbi biliklərin paylaşılması, praktiki bacarıqların inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən mühüm elmi-tibbi platforma kimi çıxış edəcəkdir.

TƏDBİRİN PROQRAMI

https://drive.google.com/file/d/1gDjkMIxxR9y5bSVteVn6Vi7yE9wQljAK/view

TRENIİNQLƏR ÜÇÜN QEYDİYYAT

https://docs.google.com/forms/d/e/1FAIpQLScfeiHV9cldOvLm028yQkVX-79IhFXYulA1g9sRp_S3sxbs9A/viewform

ÜMUMİ MƏLUMAT VƏ QEYDİYYAT

www.amicc.az

ƏLAQƏ

+994 55 342 81 81
+994 99 310 32 05
+994 55 343 82 43