Almaz Akademie Tibbi Treyninq Mərkəzində Laparoskopik Cərrahiyyə, Ginekologiya və Urologiya üzrə İndividual kursun iştirakçıları üçün mütəmadi olaraq mühazirələr təşkil olunur. Növbəti mühazirə 16.02.2018-ci il tarixində “Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlər” mövzusunda olmuşdur. Professor Qurbanxan Müslümov iştirakçılara Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlərin növləri, iş prinsipləri, istifadə və davranış qaydaları, düzgün istismar edilmədikdə baş verə biləcək ağırlaşmalar haqqında ətraflı məlumat verdi. Mühazirə zamanı nəzəri məlumatların əyani vəsaitlərin nümaişi və video-xülasə ilə müşaiət olunması mühazirənin mövzusunu mənimsənilməsinə və daha yaxşı yadda qalmasına kömək etdi. İştirakçıları maraqlandıran sualları ətraflı cavablandıran Prof. Q.Müslümov laparoskopik cərrahiyyənin yüksək inkişaf etdiyi qabaqcıl dünya ölkələrinin iş təcrübəsindən də maraqlı faktları iştirakçıların nəzərinə çatdırdı. Mühazirə maraqlı disskusiyalarla yadda qaldı.
Axtar
AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN 1 -Cİ KONQRESİ

Son Yazılar
- Prof. Qurbanxan Müslümovun rəhbərliyi ilə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) 10-cu regional konfransı Göyçayda keçirildi
- 7-ci Azərbaycan – Alman – Türk – Özbək Tibb Konqresi və 13-cü Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcəkdir
- 5 Aprel 2025 – 2-ci Avrasiya Cərrahiyyə Konqresi uğurla davam etdirilir
- Professor Dr. Qurbanxan Müslümov Səmərqənd Dövlət Tibb Universiteti tərəfindən “Fəxri Professor” adına layiq görüldü
- Səmərqənddə Beynəlxalq Tibb Zirvəsi: 2-ci Avrasiya Konqresi Elmi və Peşəkar Əlaqələri Gücləndirdi



