(+99412) 533-06-34 info@almazakademie.az

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi 2010-cu ildən təsis edilmiş və 2011-ci ildə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin rəsmi qeydiyyatından sonra onun nəzdində fəaliyyətə başlamışdır. Bu mərkəzin yaradılmasında məqsəd respublikamızda təbabətin inkişafı, yeni müasir tibb mərkəzlərinin açılması və tibb təhsili sahəsində əldə edilmiş irəliləyişlər fonunda davamlı tibb təhsilinə ictimai dəstək olmaq, tələbə, rezident və həkimlərimizə tibbin müxtəlif sahələrində tibbi vərdişlərin aşılanmas məqsədilə treyninqlərin təşkil edilməsidir.

Mərkəz öz fəaliyyətinə 2011-ci ildə Azərbaycan Tibb Universiteti ilə birgə təşkil etdiyi II Azərbaycan-Alman Tibb Günləri çərçivəsində tələbə və gənc həkimlər üçün endoskopiya, ümumi və laparoskopik cərrahiyyədən keçirilmiş treyninq kursları ilə başlamışdır. Hazırda ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi Almaniya Cərrahlar Cəmiyyətinin Ümumi və Laparoskopik Cərrahiyyə üzrə Cərrahi treyninqlərin standartları əsasında eləcə də Davos Qastrointestinal Cərrahiyyə Kurslarında mövcud olan texnikalar əsasında öz fəaliyyəti qurmuşdur.

2015-ci ilin aprel ayında 1. Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində keçirilən treyninqlərə davamlı tibb təhsili üzrə Avropa institutları tərəfindən 21 CME balı (beynəlxalq kredit) verilmişdir. Növbəti dəfə keçirilən 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi zamanı isə treyninqlər 24 CME balı ilə qiymətləndirilmişdir.

Hal hazırda Tibbi Treyninq Mərkəzində Laparoskopik və Ümumi Cərrahiyyə üzrə ən müasir tədris proqramlarına əsaslanan praktiki vərdişləri əldə etmək mümkündür.

ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil olunan bütün kursların sonunda treyninqləri müfəvəqiyyətlə başa vurmuş iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunur.

AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN 1 -Cİ KONQRESİ